Yuxarı

“Тrendyol”da noyabr endirimləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Тrendyol”da noyabr endirimləri

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan “Тrendyol” “Super endirim günləri” kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniya bu il noyabrın 5-dən 11-dək davam edəcək.

“Bu noyabr da hər kəs Тrendyolda” konsepti ilə təqdim olunan kampaniya çərçivəsində alıcıları milyonlarla məhsul üzrə xüsusi təkliflər gözləyir. Тrendyol istifadəçiləri “Super endirim günləri”ndə “SUPER25” kodu ilə (maksimum 20 AZN-ə qədər) 25% endirim əldə edəcəklər.

Bununla yanaşı, kampaniya müddətində müxtəlif məhsullara 60%-dək endirimlər tətbiq olunacaq.

Bu il gündəlik tələbat məhsulları, kosmetika və ev kateqoriyaları üzrə məhsullar sərfəli qiymətlərlə təklif ediləcək. Həmçinin, platformanın əsas istiqamətlərindən dəb də daxil olmaqla, müxtəlif kateqoriyalar üzrə geniş məhsul çeşidini xüsusi endirimlərlə əldə etmək mümkün olacaq.

Kampaniya müddətində müxtəlif satıcılar tərəfindən kuponlar, promokodlar və alış-veriş səbətinə tətbiq edilən əlavə endirim imkanları təqdim ediləcək.

Kampaniya çərçivəsində alıcılar “Тrendyol Plus” abunəliyinin üstünlüklərindən də faydalana biləcəklər. Azərbaycanda bu abunəliyi ilk aya özəl cəmi 1 AZN ödəməklə aktivləşdirmək mümkündür. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.

“Тrendyol” il ərzində təşkil etdiyi müxtəlif kampaniyalarla alıcılara geniş məhsul çeşidini daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.

Tarix
2026.11.04 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla