
Ronaldo bu türk klubuna gəlir – Şok iddia
15:41
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Həmid İsrail oğlu Abdullayev, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Rəşad Rauf oğlu Quluzadə, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Ülvi Üzeyir oğlu Rzazadə və 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Sabir Rasım oğlu Mövlamov müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar Beyləqan Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2025.05.18 / 12:18
|
Müəllif
Axar.az
|