Yuxarı

Avroviziya-2025: Azərbaycan bu gün yarışacaq

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2025: Azərbaycan bu gün yarışacaq

Bu gün İsveçrənin Bazel şəhərində 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Kult.az xəbər verir ki, ölkəmizi yarışda "Mamagama" qrupu təmsil edir. Qrup "U ilə qaç" (Run with U) adlı mahnı ilə səhnəyə çıxacaq və 10-cu nömrə altında çıxış edəcək.

Mahnının sözləri Asəf Mişiyevə, musiqisi isə Asəf Mişiyev, Həsən Heydər və Roman Zilianevə aiddir.

İlk yarımfinalda Azərbaycanla yanaşı, Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Niderland, Norveç və San-Marino təmsilçiləri də mübarizə aparacaqlar.

Yarımfinalın nəticələrinə əsasən, finala yüksələcək 10 iştirakçı müəyyənləşəcək və onlar mükafat uğrunda yarışa davam edəcəklər.

Müsabiqə yerli vaxtla saat 23:00-da İctimai Televiziyada birbaşa yayımlanacaq.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 15-də, böyük final isə mayın 17-də baş tutacaq.

Tarix
2025.05.13 / 18:34
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla