Yuxarı

Bu il qoruq və muzeyləri ziyarət edənlərin sayı açıqlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-aprel aylarında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini ümumilikdə 277 min 175 nəfər ziyarət edib.

Bu barədə Kult.az-a Qoruqları İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, bunun 42 min 473 nəfəri yerli, 203 min 153 nəfəri əcnəbi, 31 min 549 nəfəri isə ödənişsiz kateqoriyaya daxil olub.

İlin əvvəlindən bəri ən çox ziyarət edilən məkanlardan biri “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu olub. Həmin obyektə 91 min 474 əcnəbi, 9 min 579 yerli, ümumilikdə 109 minə yaxın ziyarətçi baş çəkib.

Dörd ay ərzində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu 81 min 376 nəfər əcnəbi, 7 min 182 nəfər yerli turist ziyarət edib. Ödənişsiz ziyarətçilərin sayı isə 7 min 412 nəfər olub. Həmin müddətdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna 14 min 209 nəfər yerli, 15 min 906 nəfər əcnəbi, 7 min 187 nəfər isə ödənişsiz şəkildə giriş əldə edib.

Palçıq Vulkanları Turizm Kompleksi də turistlərin böyük marağına səbəb olub. Həmin kompleksi ziyarət edənlər arasında 10 min 396 əcnəbi, 2 min 270 yerli, 2 min 276 ödənişsiz izləyici olub. Kompleksə giriş biletlərinin qiyməti yerli turistlər üçün 5 manat, xaricilər üçün 15 manat, güzəştli kateqoriyalara isə giriş ödənişsizdir.

Digər obyektlərdən “Kiş” Tarix-Memarlıq Qoruğunun 4 min 294 yerli, 4 min 572 əcnəbi, 1 713 ödənişsiz, “Diri Baba” türbəsinin 3 min 115 yerli, 4 min 359 əcnəbi, 3 min 378 ödənişsiz, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun 876 yerli, 87 əcnəbi, 280 ödənişsiz, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyinin 341 yerli, 146 əcnəbi, 249 ödənişsiz, Şəki Dövlət Rəsm Qalereyasının isə 607 yerli, 237 əcnəbi, 483 ödənişsiz ziyarətçisi olub.

Aparılan müşahidələr göstərir ki, ziyarətçi axını mart və aprel aylarında xüsusilə intensivləşir. Belə ki, təkcə aprel ayında qoruqlara və mədəniyyət müəssisələrinə 85 min 408 əcnəbi, 12 min 163 yerli, 12 min 687 ödənişsiz şəxs baş çəkib.

Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki müəssisələrdə bilet qiymətləri müxtəlifdir. Yerli vətəndaşlar üçün bilet qiymətləri adətən 1-5 manat arasında dəyişir, tələbələrə isə güzəştli tariflər tətbiq olunur. Xarici turistlər üçün giriş qiymətləri əsasən 9 manatdan başlayır. Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları və şəhid ailəsi üzvləri isə qoruqlara ödənişsiz daxil ola bilirlər. 12 yaşa qədər xarici turistlərə də giriş pulsuzdur.

Tarix
2025.05.14 / 19:44
Müəllif
Kult.az
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla