Yuxarı

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahıl şəxslər ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini söyləyib, burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bayram proqramı çərçivəsində bədii hissə də təqdim olunub. Ahıl şəxslər musiqilər ifa edib, şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.

Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxsləri Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.

Ziyarət zamanı onlar sosial xidmət müəssisəsində ahıllar üçün yaradılan şəraitlə də tanış olublar.

Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə bayram hədiyyələri paylanılıb.

Tarix
2026.01.01 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla