Yuxarı

Çində bu mövzudakı seriallara məhdudiyyət qoyulur

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində bu mövzudakı seriallara məhdudiyyət qoyulur

Çin hökuməti son dövrlərdə ölkədə geniş populyarlıq qazanan mikro-dramalara qarşı nəzarəti gücləndirib.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, Çinin Dövlət Radio və Televiziya Administrasiyası mikro-dramalarda bəzi məzmunlara qarşı iki aylıq xüsusi yoxlama kampaniyasına başayıb.

Yeni tədbirlər çərçivəsində seriallarda uşaqlara zərərli məzmun, həddindən artıq seksual səhnələr, zorakılıq və qisas, xurafat, eləcə də pul hərisliyi və dəbdəbəli həyat tərzinin təbliği xüsusi nəzarətə götürülüb. Rəsmi açıqlamada həmçinin evlilik və sevgi münasibətlərini yanlış və sağlam olmayan şəkildə təqdim edən süjetlərə qarşı da tədbir görüləcəyi bildirilib.

Bu qərar xüsusilə son illərdə Çində populyarlaşan, süjetində böyük sərvət sahibi şəxslərlə maddi imkanı olmayan insanların romantik münasibətlərinin əsas yer tutduğu mikro-dramaları gündəmə gətirib. Çin hakimiyyəti "varlı qız - kasıb oğlan" və ya "varlı oğlan - kasıb qız" mövzulu serialların çəkilməməsini tövsiyyə edib. Belə ki, prodüserlərdən lüks həyat tərzini həddindən artıq nümayiş etdirməmələri və hekayələri yalnız “zəngin biri ilə evlənmək” ideyası üzərində qurmamaları tələb olunub.

Yeni qaydalara əsasən, platformalar problemli hesab edilən məzmunları müəyyən etdikdə onların yayımını dayandırmalı və müvafiq düzəlişlər etməlidir.

Tarix
2026.09.28 / 11:22
Müəllif
Kult.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla