Yuxarı

Mənə 7 min verincə, kəndin yolunu çəkdirərdiniz... - Xanəndə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənə 7 min verincə, kəndin yolunu çəkdirərdiniz... - Xanəndə

Tanınmış xanəndə Elnarə Abdullayeva ilə bağlı maraqlı məlumat yayılıb.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçi rayonlardan birində toy mərasiminə dəvət olunub.

Bildirilir ki, toyun keçirildiyi kənddə yolların vəziyyəti olduqca bərbad olub. Sənətçi isə bu mənzərəni görərək toy zamanı kənd sakinlərinə müraciət edib və belə bir fikir səsləndirib:

“Mənə 7 min verəcəyinizə, gedib kəndin yolunu çəkdirərdiniz də...”

Bu sözlərlə Elnarə Abdullayevanın mühüm məqama diqqət çəkib – problemlər girdabında çabalayan Azərbaycan insanı bəzən real ehtiyacları kənara qoyub, dəbdəbəyə və şöhrətə üstünlük verir. Adi yol problemləri həll olunmayan kəndlərdə bahalı toyların təşkili isə istər-istəməz suallar doğurur.

Elnarə Abdullayeva yayılan məlumata aydınlıq gətirərək hadisənin illər əvvəl baş verdiyini təsdiqləyib.

“Bu, çox uzun illər əvvəl olmuş bir məsələdir. Hansı rayonda olduğunu demək istəmirəm. Söhbət konkret yol problemindən getmirdi. Orada yolda da müəyyən çətinliklər var idi. Dedim ki, elə bunları həll edərdiniz də, məni niyə çağırırdınız”, - deyə sənətçi gülərək qeyd edib.

Tarix
2025.12.26 / 20:24
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla