Yuxarı

Bu da Rasim Balayevin oxuduğu mahnılar... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu da Rasim Balayevin oxuduğu mahnılar... - Video

29 martda İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən 78 yaşlı xalq artisti Rasim Balayevin sosial şəbəkələrdə ən çox paylaşılan baməzə söhbətlərin biri də İTV-nin “Ötən günlər” verilişində danışdığı bir xatirəsidir.

Kult.az xəbər verir ki, Rasim Balayev “Dədə Qorqud” filmi çəkilərkən (o filmdə Beyrək obrazını yaradıb) filmin bəstəkarı Emin Sabitoğluya mahnıları da ifa etməsini təklif etdiyini bildirir.

Emin Sabitoğlunun etirazına isə Rasim Balayev deyir: “O qədər ölü oldum ki, Yalçın Rzazadə kimi oxuya bilmədim?”

Rasim Balayevin “Emin Sabitoğlu dedi ki, sən lap qudurmusan” sözləri ilə gülüşə çevrilən bu xatirə mərhum xalq artistinin ifasını önə çıxarıb. R.Balayev mahnı da ifa edə bilib?

R.Balayevin qiraətçi olduğu, bir çox filmlərin səsləndirməsində iştirak etdiyi məlumdur. O cümlədən, 1977-ci ildə çəkilən “Ad günü” filmində də R.Balayev Fuad Poladovun oynadığı Nazim obrazını səsləndirir.

Ancaq yalnız R.Balayevin ölümündən sonra məlum olur ki, “Ad günü” filminin qəhrəmanlarından olan Əlinin (rolu Davud Uplisaşvili oynayıb) sonda ifa etdiyi mahnını (“Pəncərədən daş gəlir...”) Rasim Balayev oxuyub. Halbuki Əlini (Davud Uplisaşvili) səsləndirən mərhum aktyorumuz Şahmar Ələkbərovdur.

R.Balayevin daha bir ifası isə bu gün sosial şəbəkələrdə yayılıb. Bu görüntülərdə Rasim Balayevin “Ay Laçın” mahnısını ifa etdiyi görünür. Kadrda bir çox ünlü sima, o cümlədən Oskar laureatı Rüstəm İbrahimbəyov da görünür. R.Balayev R.İbrahimbəyovun sədrlik etdiyi Konematoqrafçılar İttifaqının uzun illər katibi olub.

Sözügedən kadrları təqdim edirik:

Tarix
2026.04.01 / 22:05
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla