Yuxarı

SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır

4 noyabr 2026-cı il tarixində SOCAR ilə “Comstock” şirkəti arasında “Legacy Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 20 faizinin, “Western Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 15 faizinin, eləcə də “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizinin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan SOCAR tərəfindən alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.

SOCAR-ın “Western Haynesville” layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etdikdən sonra 7,5 faizə endiriləcək.

Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib.

Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir.

Tarix
2026.11.05 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla