Yuxarı

Məmmədov "aldığı" villanı məhkəmədə uduzdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədov "aldığı" villanı məhkəmədə uduzdu

Lisenziyası ləğv edilmiş “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifova məxsus Binəqədi rayonu ərazisində yerləşən dəbdəbəli villa ilə bağlı yekun qərar çıxarılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, məsələyə yekun olaraq Ali Məhkəmədə baxılıb.

Kassasiya şikayətini isə villanı kağız üzərində “alan” Ramil Mahmudov verib. O, 2019-cu ildə Zal Yusifovun oğlu İslam Yusifovla alqı-satqı müqaviləsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən etibarsız hesab olunmasına dair çıxarılan qərara etiraz edib.

Məlumat üçün bildirək ki, Ramil Mahmudov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun xalası oğludur. İddialara görə, Baş Prokurorluqda məsul vəzifədə çalışan Namiq Məmmədov İslam Yusifovla yaxın dost və biznes əlaqələri olduğu üçün ona dolayısı ilə dəstək verib. N.Məmmədov Zal Yusifovun “Texnikabank”da işləyərkən cinayət yolu ilə əldə etdiyi pullar hesabına inşa etdirdiyi villanı xalası oğlunun adına alqı-satqı etdirməklə Yusifovlar ailəsinə böyük bir jest edib. Əslində isə villanı Namiq Məmmədovun özü üçün aldığı bildirilir.

Maraqlıdır ki, üzərindən 7 il keçməsinə baxmayaraq, evdə hələ də Yusifovlar ailəsi yaşayır. Ramil Mahmudovun yaşadığı ev isə Masazırda yerləşir. Qiyməti 900 min manat civarında olan villa göstəriş, müsadirədə yayınmaq üçün Ramil Mahmudova 300 min manata “satılmışdı”.

Bundan öncə isə 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkməsinin hökmünə əsasən, Zal Yusifov CM-in 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi üçün Yusifovların Rəsulzadə qəsəbəsindəki villası, “Humay” şadlıq sarayı və C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən OBA mənzil-tikinti kooperativinin tikdiyi binada 200 kv.m qeyri-yaşayış sahəsi müsadirə olunub. Bu müddət ərzində Yusifovlar zəzərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Yusifovlar ailəsi sonradan müxtəlif vasitələrlə məhkəmə qaydasında əmlakların üzərinə qoyulmuş həbsi götüzdürüb, müsadirəyə mane olub və başqasına satmaq adı ilə özgəninkiləşdirib.

Qeyd edək ki, ötən ilin sonunda İslam Yusifova yenidən cinayət işi açılıb. Keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.

Tarix
2026.04.02 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla