Yuxarı

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

Çexiyanın Baş naziri Andrey Babiş aprelin 26-27-də Azərbaycana rəsmi səfər edəcək.

Axar.az-ın Report-a istinadən məlumatına görə, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı aprelin 26-dan 30-dək Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini, həmçinin sənaye və ticarət naziri Karel Havliçek, həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasına və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yekunu üzrə Azərbaycan və Çexiya arasında xarici ticarət dövriyyəsinin dəyəri 814,73 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 29% azdır.

Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri isə 92,077 milyon ABŞ dolları (60,8% az) təşkil edib.

Tarix
2026.04.02 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla