Yuxarı

Elektromobili “evdən şarj” etməyin təhlükələri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobili “evdən şarj” etməyin təhlükələri

Son dövrlərdə elektrikli avtomobillərin yaşayış binalarından uzatma kabelləri vasitəsilə şarj edilməsi halları artmaqdadır və bu, müəyyən risklər yaradır. Belə problemlərin qarşısını almaq üçün elektromobili olan vətəndaş yaşadığı evdə və ya həyətdə avtomobilini şarj etmək istəyirsə, öncədən “Azərişığ”a müraciət etməli və tələb olunan elektrik gücünü (kilovatı) təmin etməlidir. Çünki elektrikli avtomobillərin şarjı üçün müxtəlif standartlar mövcuddur – ABŞ, Avropa və Çin sistemləri bir-birindən fərqlənir. Uyğun olmayan qurğularla şarj zamanı isə həm avtomobilin alışması, həm də enerji mənbəyində problemlərin yaranması riski var.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov elektromobillərin qeyri-standart üsullarla şarj edilməsi məsələsindən danışarkən deyib.

“Bəzi hallarda vətəndaşlar uyğunlaşdırıcı ötürücü naqillərdən istifadə etsə də, bu avadanlıqların keyfiyyəti və standartlara uyğunluğu həmişə təmin olunmur. Bu isə həm elektrik şəbəkəsi, həm də avtomobil üçün əlavə təhlükə yaradır.

Azərbaycanda elektromobillərin şarjı və istifadə olunan ötürücülərlə bağlı müəyyən standartlar mövcuddur və vətəndaşlara məhz bu standartlara uyğun qurğulardan istifadə etmək tövsiyə olunur.

Ölkəmizdə elektromobillərin evdən və ya həyətdən şarj edilməsinə hər hansı rəsmi qadağa yoxdur. Lakin təhlükəsizlik baxımından bu prosesin müvafiq texniki tələblərə uyğun həyata keçirilməsi vacibdir”, - o qeyd edib.

Tarix
2026.04.02 / 17:09
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla