Yuxarı

Rasim Balayevin qardaşı vida mərasimində zalı niyə tərk edib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim Balayevin qardaşı vida mərasimində zalı niyə tərk edib?

Xalq artisti Rasim Balayevin vəfatı fonunda sosial şəbəkədə müzakirələr, paylaşımlar davam edir. Belə paylaşımlardan birini də jurnalist Məhərrəm Əliyev edib. O, paylaşımında vida mərasimində Rasim Balayevin qardaşı ilə bağlı gördüyü təəssüfedici bir məqamı qabardıb.

Kult.az Bakupost.az-a istinadən jurnalistin 2 gün öncəki sosial şəbəkə paylaşımını olduğu kimi təqdim edir:

"Hazırda Azdramdayıq, xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir (Vida mərasimi 30 martda baş tutub - red.) Məncə, görməmiş kimi qəbrin içini işıqlandırmaq lazım deyil, amma səliqəli formada böyük sənətkarların vida və dəfn mərasimləri çəkilməlidir, tarixdə qalmalıdır. Bunun üçün də mediaya hörmət edilməlidir.

Hörmət edilmir, çəkiliş üçün şərait yoxdur, Azdramın ağzından süd iyi gələn uşaqlarını salıblar üstümüzə ki, qadağa var. Heç PPX belə davranmır. Bu uşaq və ona göstəriş verənlər anlamırlar ki, tarixdə "qadağa"lar yox, vida mərasimində sənətkara qoyulan hörmət qalacaq.

Vida mərasiminin kuliminasiya nöqtəsi Rasim Balayevin qardaşına qoyulan hörmətdir.

Yarım saatdır yanımda Rasim Balayevə oxşayan şəxs dayanıb. Tanımırdım, açıq deyim. Ardıcıl zənglərdən, nitqindən anladım ki, qardaşıdır. Ağzından süd iyi gələn o uşaq sənətkarın qardaşını önə buraxmır. Öndə yer yoxdur, öndə rəsmilər əyləşib.

Biz çəkirik ki, vacibdir, yaddaşda qalmalıdır. Əyləşənlər isə irad bildirirlər ki, önü görə bilmirik, çəkil, bir-ikisi ayağımdan dartdı, səbirli davrandım. Sonda qardaşına irad bildirdilər ki, ay kişi, önümüzdə dayanma. Kimsə qardaşı olduğunu irad tutanlara bildirəndə yenə də dedilər ki, fərqi yoxdur, baxa bilmirik. Ağsaqqal şəxslər irad tuturlar. Qardaşı da mədəni tonda, ehmalca bu cavabı verdi:

"Eybi yox, mən zaldan çıxaram".

Və çölə çıxdı..."

Tarix
2026.04.01 / 23:34
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla