Yuxarı

Boşanmaların ən yüksək olduğu ərazi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boşanmaların ən yüksək olduğu ərazi...

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 1,9 boşanma düşüb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, ölkə üzrə ən yüksək boşanma göstəricisi Xocalı rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 4,9 boşanma düşüb.

Naftalan şəhərində bu göstərici 4, Bakının Yasamal rayonunda 3,6, Qaradağ və Qubadlı rayonlarında 3,3, Xətai rayonu və Şirvan şəhərində 3,1, Nərimanov rayonu ilə Zəngilanda 3 olub.

İqtisadi rayonlar arasında boşanma səviyyəsi Şərqi Zəngəzurda daha yüksək olub. Burada hər 1000 nəfərə 2,5 boşanma düşüb. Bakı şəhərində göstərici 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 təşkil edib.

Ən aşağı boşanma göstəricisi Qobustan rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 0,7 boşanma düşüb. Yardımlıda göstərici 0,9, Cəlilabad və Qax rayonlarında 1, Biləsuvarda 1,2 olub.

Tarix
2026.08.19 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla