Yuxarı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 milyonluq kompleks müsabiqəyə çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonunun Öryət kəndində - Qarasu ərazisində yerləşən əmlak kompleksinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Axar.az quruma istinadla xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun elan olunub.

Müəssisənin qiyməti 2 milyon manatdır. Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi dəyəri 2 milyon manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.

Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650 min manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilər. İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabra qədər, iş günləri saat 10:00-dan 17:30-a qədər Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Təkliflərin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Tarix
2026.08.19 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla