Yuxarı

Zelenski Budanova yüksək vəzifə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Budanova yüksək vəzifə verdi

16:19

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə başçılıq etməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə V.Zelenski X hesabında yazıb.

"Hazırda Ukrayna təhlükəsizlik, diplomatiya və danışıqlar məsələlərinə daha çox diqqət yetirməlidir. Prezident Ofisi, ilk növbədə, dövlətimizin bu vəzifələrinin yerinə yetirilməsinə xidmət edəcək", - Ukrayna lideri qeyd edib.

Zelenski bildirib ki, Budanovun bu istiqamətlərdə xüsusi təcrübəsi və nəticələrə nail olmaq üçün kifayət qədər gücü var.

Prezident həmçinin Budanova Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla birgə Ukraynanın strateji müdafiə və inkişafının əsaslarının yenilənmiş planını dövlət başçısının təsdiqinə təqdim etməyi tapşırıb.

***

Kirill Budanov Ukrayna Prezidenti Vladimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

O, vəzifəni ölkəsi qarşısında məsuliyyətin daha bir mərhələsi kimi qəbul etdiyini əlavə edib:

"Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir".

Qeyd edək ki, Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonunda korrupsiya qalmaqalı fonunda istefa verib.

Tarix
2026.01.02 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla