Yuxarı

Bakıda bu unikal tarixi irs məhv edilir - Qurumlar susur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu unikal tarixi irs məhv edilir - Qurumlar susur

Bayırşəhər mədəniyyət məkanının dağıdılması ilə təkcə tarixi evlər yoxa çıxmır, həm də şəhərin mədəni həyatının mərkəzinə çevrilmiş binalar da dağıdılır.

Kult.az xəbər verir ki, bu barədə memar Abdul Hüseynov özünün Feysbuk səhifəsində paylaşım edib.

“Məsələn, "Dome Baku". Bayırşəhər ərazisində, Mirzə Fətəli Axundzadə küçəsi 79/81 ünvanında yerləşən 19-cu əsrə aid hamamın evlərlə birlikdə sökülməsi planlaşdırılır. Sakinlərdən dəfələrlə evlərini satmaq və bu tarixi məkanı tərk etmək istənilib. Sadəcə bunu etmədikləri üçün ev və qədim hamam hələ də qalmaqdadır. Bu unikal tarixi irsin dağıdılmasına icazə verilməməlidir!”, - memar bildirib.

“Bayırşəhəri Qoruyaq” təşəbbüs qrupunun mətbuat xidmətinin rəhbəri Nuran Əhmədzadə saytımıza açıqlamasında deyib ki, adıçəkilən ərazinin əvvəl tarixi abidə statusu olub:

“Bayırşəhərdə onlarla abidənin tarixi statusu olub. İndi xahiş edirik ki, nəzər yetirilsin, yenidən siyahıya salınsın. Bizə deyirlər ki, bura tarixi abidə deyil. Nəyə görə deyil? Buranın yaşı çoxdur və tarixi abidə sadəcə yaşına görə deyil, əhəmiyyətinə görə də qiymətləndirilməlidir.

Sökülməyəcəksə, sakinlərə niyə təzyiq edirlər ki, evdən çıxsınlar?! Sakinlər çıxsa, dəqiq bilirik ki, oranı sökəcəklər”, - o vurğulayıb.

Məsələ ilə bağlı danışan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, həmin hamam nə tarixi abidə kimi, nə də yeni aşkar edilmiş abidə qismində qeydiyyatdadır.

Mövzuyla bağlı Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və Söküntü Komissiyası ilə əlaqə saxlasaq da, məsələyə heç bir aydınlıq gətirilməyib.

Tarix
2025.12.26 / 13:10
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla