Yuxarı

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

Sovet və Rusiya mediasının keçmiş simalarından biri, tanınmış jurnalist və aparıcı Yevgeni Kiselyov barəsində qiyabi olaraq həbs cəzası verilib. Məhkəmənin hökmü ilə jurnalist beynəlxalq axtarışa verilib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsinin qərarına görə, Kiselyov həbs olunmağı gözləyən şəxs kimi qəbul olunur. Jurnalist iki ay müddətinə Rusiya ərazisində və ya xaricdə həbs olunaraq ölkəyə ekstradisiya edilməlidir.

Rusiya hakimiyyəti Cinayət Məcəlləsinin 205.4-cü maddəsi ilə Kiselyova qarşı “terrorcu təşkilat yaratmaq” ittihamı irəli sürüb.

O, daha əvvəl 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə, 2024-cü ildə isə Rosfinmonitorinqin ekstremistlər və terrorçular siyahısına daxil edilib.

Yevgeni Kiselyov – keçmiş SSRİ və Rusiya televiziya jurnalisti və aparıcıdır. O, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Rusiya mediasında tanınan televiziya jurnalisti idi və NTV kanalında çalışırdı.

2009-cu ildə Ukraynaya köçən Kiselyov bu ölkədə fəaliyyət göstərən televiziya kanallarında işini davam etdirib. Hazırda onun dəqiq harada yaşadığı rəsmi açıqlanmayıb.

Kiselyov uzun müddət anti-müharibə mövqeyilə tanınıb və 2022-ci ildən bəri “Anti-War Committee of Russia” kimi tanınan hərəkatın üzvüdür. Kremlin təhlükə hesab etdiyi hərəkat Rusiya hakimiyyətinə qarşı çıxan qeyri-siyasi fəallar və diaspor siyasi aktivistləri tərəfindən yaradılıb.

Rusiya hakimiyyəti indi bu fəaliyyətləri “terrorçuluq və ekstremizm” kimi qiymətləndirir və buna görə də Kiselyov barəsində hüquqi təqib və beynəlxalq axtarış qərarı verilib.

Tarix
2026.01.01 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla