Yuxarı

Leyla Əliyeva bu uşaqları sevindirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva bu uşaqları sevindirdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Cırtdan Meqa Şousu" bu il də ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunub.

Kult.az xəbər verir ki, "Cırtdan: Zamanda Səyahət" başlığı ilə təqdim edilən şou Bakı Konqres Mərkəzinin səhnəsində nümayiş etdirilib.

Şounun ilk seansı uşaq evlərində, internat və xüsusi internat məktəblərində böyüyən balaca qonaqlar üçün təşkil olunub və bu çərçivədə 17 uşaq müəssisəsindən gələn ümumilikdə 948 nəfər şou proqramını izləyib. Həmçinin İDEA İctimai Birliyinin könüllüləri tərəfindən uşaqlara hədiyyələr təqdim edilib. Yeni il ərəfəsində təqdim olunan bu rəngarəng və maraqlı tamaşa balaca izləyicilərə unudulmaz anlar yaşadaraq onlara bayram əhval-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Tarix
2025.12.27 / 18:57
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla