Yuxarı

"Qurdlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qurdlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Qurdlar Vadisi"ndə Cərrahpaşalı Xalid (Halit) obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cərrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

Axar.az Nocomment.az-a istinadən xəbər verir ki, güc, sədaqət və xəyanətin mərkəzdə dayandığı filmin əsas rollarını Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç, Ümid Acar, Ərdəm Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gənctürk və Ərhan Çircioğlu kimi tanınmış aktyorlar bölüşürlər.

Müxtəlif nəsillərin istedadlı simalarını bir araya gətirən güclü aktyor heyəti layihənin köhnə serialın atmosferini yenidən canlandıracağına işarə edir.

Yeni ekran əsərinin ən diqqətçəkən məqamlarından biri də yüksək səviyyəli texniki təminat və döyüş səhnələridir. Bildirilir ki, filmdəki gərgin toqquşma və döyüş səhnələrinin unikal şəkildə lentə alınması üçün ABŞ-dan xüsusi peşəkar heyət dəvət olunub. Yüksək templi səhnələr və xüsusi effektlərlə zənginləşdirilən film sinemaseverlərə unudulmaz təəssürat bəxş etməyi hədəfləyir.

Tarix
2026.11.11 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla