Yuxarı

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Qərar

İstehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.

Qərara əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə zaminin borcun gəlirlərə nisbəti (BGN əmsalı) 70 faizdən artıq olmamalıdır.

Bu o deməkdir ki, istehlak krediti götürən şəxsə zamin duran şəxsin borcunun gəlirlərinə nisbəti 70 faizdən çox olmamalıdır.

Sadə dillə desək, zaminin aylıq borc ödənişləri onun gəlirlərinin 70 faizini keçməməlidir. Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, borc ödənişləri 700 manatdan artıq olmamalıdır. Belə olduğu təqdirdə, həmin şəxslər zamin qismində çıxış edə bilməyəcəklər.

Bu tələb noyabrın 10-dan sonra yaranmış kredit tələblərinə şamil ediləcək.

Məlumat üçün bildirək ki, aşağıdakı hallar istisna olmaqla istehlak krediti BGN əmsalı 70 faizdən çox olmayan borcalanlara verilir:

- milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid) çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 100%-dən, digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən, banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda;

- xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid), yaxud digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda.

Limiti borcalanın vergidən sonra xalis gəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır.

Hesablama zamanı yuxarıda nəzərdə tutulmuş təminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqla borcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəlikləri nəzərə alınır.

Tarix
2026.11.11 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla