Yuxarı

Yol polisindən qarlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən qarlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır:

"Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Sürücülər zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinməli, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamalıdırlar".

Müraciətdə vurğulanıb ki, qarlı və sürüşkən yollarda qış şinləri ilə hərəkət edilməli, sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz məsafəsi qorunmalı, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşilməməlidir.

Tarix
2026.01.02 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla