Yuxarı

Rüstəmxanlı: İstəməzdim onu o vəziyyətdə görüm - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı: İstəməzdim onu o vəziyyətdə görüm - Video

Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin budəfəki buraxılışında Qazaxıstana son səfəri, iki qardaş ölkənin əlaqələri, türk dövlətləri birliyinin vacibliyindən danışıb.

Kult.az xəbər verir ki, Azərbaycan-Qazaxıstan münasibətlərindən söz açan S.Rüstəmxanlı tarixə ekskurs edərək, 1986-cı ilin dekabrında Qazaxıstanın o vaxtkı paytaxtı Almatı şəhərindəki qırğınları, eləcə də 1990-ci ildə Bakıda baş verən Qanlı Yanvar hadisələrini xatırladıb. Xalq şairi hər iki hadisəni türk millətinə qarşı yönələn soyqırım və genetik savaşın qanlı bir səhifəsi kimi dəyərləndirib.

S.Rüstəmxanlı bu hadisələr zamanı Azərbaycan və qazax xalqlarının həmrəy olduğunu vurğulayıb. Qeyd edib ki, 20 Yanvar hadisələri zamanı Bakıya gələn yeganə yazıçı qazax xalqının dünyaca məşhur oğlu, ictimai-siyasi xadim Oljas Süleymenov olub:

"Oljas Süleymenov gəldi və Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirdi. Gözündən yaş axa-axa xalqa müraciət etdi. O, Almatı faciəsini görmüşdü, ona görə də Bakıda baş verən qanlı hadisələri yaxşı hiss edirdi. Həmin günlərdə Oljas Süleymanov yanımızda dayandı və bizə mənəvi dayaq oldu".

Xalq şairi Qazaxıstana son səfəri zamanı Oljas Süleymenovla görüşdüyünü də bildirib:

"Onunla görüşməyi özümə borc bildim. Həm də bu ayın 18-də Oljasın 89 yaşı tamam olur. Görüşüb onu təbrik etmək istəyirdim. İndi vəziyyəti o qədər də yaxşı deyil. Xəstəliyi evdən çıxmağa imkan vermir. Görüşlərdən də qaçır. Amma bizim adımızı eşidəndə, Azərbaycandan qonaqlar gəldiyini biləndə demişdi ki, mən onları evdə qəbul edəcəyəm. Evdə süfrə açıb bizi gözləyirdi. İstəməzdim onu o cür görüm. Gəzə bilmir, ayaqları ağrıyır. Oljas həmişə güclü olub, dünya boyu gəzib..."

Ətraflı videoda...

Tarix
2025.05.14 / 22:36
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə

Ceyhun Bayramov İran rəsmisini qəbul etdi

Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir? – Absurd iddia

Hacıyev bu sözləri ermənilərə çatdırmağımı istədi

Vardanyanla həbsdən əvvəl danışdım, dedi ki… - Qlumov

Bu ölkə Azərbaycanda səfirlik açır

İnanıram ki, Zəngəzur dəhlizi... - Prezident

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Zəngəzurda erməni hərbçiləri azərbaycanlılar yoxlayır

Şuşada mühüm tədbir başladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla