Yuxarı

“Xəzər”in nəşri davam edir - ADU-nun nəzdində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərcümə məktəbinin formalaşmasında mühüm xidmətləri olan “Xəzər” tərcümə və mədəniyyət jurnalı 2025-ci ildən Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə araşdırmaları mərkəzinin mətbu orqanı kimi nəşr ömrünü davam etdirir.

Kult.az xəbər verir ki, jurnal bundan öncə Azərbaycan Dövlət Tərcümə Mərkəzi (2024-cü ilin sonunda fəaliyyətini dayandırıb) tərəfindən nəşr olunub.

“Xəzər”in yeni nömrəsi bu günlərdə işıq üzü görüb.

ADU-dan bildirilib ki, jurnal redaktorun “Tərcümənin və tərcüməçinin problemi: bizdə nə yoxdur, nə çatışmır” yazısı ilə başlayır. “İlin Nobelçisi” bölməsində ədəbiyyat üzrə Nobel mükafatı laureatı Han Kan ilə müsahibə, yazıçının “İşıq və bağ” adlı Nobel mühazirəsi və “İnsan əməlləri” romanından bir parça oxuculara təqdim olunub. “Şərq mədəniyyəti” bölməsində “Şəms Təbrizi-840”, “Bir qeybin anatomiyası”, “Eşq qapısı” (“Məqalat”dan pritçalar) yazıları yer alıb.

Oxucular “Şimali Amerika ədəbiyyatı” bölməsində Sol Bellounun “Gümüş nimçə” hekayəsi, Leroy Consun “Uçan hollandiyalı” pyesi və Marqaret Ətvudun şeirləri ilə tanış ola bilərlər. “Avropa ədəbiyyatı” bölməsində Lev Tolstoy yaradıcılığından yeni tərcümələr, Anri Arbilin şeirləri, Natali Kulişin “Onuncu parallel” hekayəsi yer alıb. “Tərcümə sənəti” bölməsində Qabriel Qarsia Markesin “Bu yazıq tərcüməçilər”, Umberto Ekonun “Təxminən eyni fikir ifadə etmək” və s. yazılar təqdim olunub. “Dialoq. Esse” rubrikasında isə Latın Amerikası romanı haqqında Mario Varqas Lyosanın Qabriel Qarsia Markeslə söhbəti, Karlos Fuentesin “Roman sənətinin əsas prinsipləri” və V Beynəlxalq Berlin ədəbiyyat festivalındakı çıxışı yer alıb.

“Mövqe” rubrikasında oxucular Sadiq Zamanın “Dəyərli elmi irs: Azərbaycan tərcümə ensiklopediyası”, akademik Muxtar Kazımoğlunun “Elmi əsər yazıçı tərcüməsində”, Fəxri Uğurlunun “Dünyaya çıxmaq necə mümkündür” adlı yazılarla tanış ola biləcəklər. “Debüt” rubrikasında Banuçiçək Qasımzadənin tərcüməsində Lidiya Deyvisin hekayələri təqdim olunub. “Yaddaş” bölməsində isə oxucular Vilayət Hacıyev-75: “Tərcümə mədəniyyətin sütunlarından biridir”, Arif Acaloğlu: “Milli mübarizəmizə tərcümələrimlə xidmət edirəm” adlı yazılarla tanış ola biləcəklər.

Qeyd edək ki, “Xəzər” tərcümə və mədəniyyət jurnalının məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir.

Dərginin redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallı daxildir.

Jurnalın beynəlxalq şurasında Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya) təmsil olunur.

Tarix
2025.05.17 / 14:12
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri o seçildi

Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir

İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq

Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla