Yuxarı

İranın dəhşətli zərbəsi: İsrail susdu, Tramp təşəkkür etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 iyun axşam saatlarında İranın ABŞ-ın zərbələrinə qarşı hərəkətə keçməsi və Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına hücum etməsinin dərhal ardından İsrail və ABŞ-ın atəşkəs istəməsi təsadüfi deyil; daha doğrusu, İranın dünən axşama doğru endirdiyi zərbələr ABŞ və İsraili atəşi dayandırmaq üçün Tehrana yalvarmağa vadar etdi.

İş nətəhər oldu?

Deməli, ABŞ B-2-ləri havaya qalxır, 10 min kilometr yol gəlir, təxminən 18 saata qədər vaxt gedir və İranda 3 nüvə obyektinə ağır bunkerdağıdan bombalar tullayır, Tehran prosesdən xəbər tutana qədər bombardmançı təyyarələr və onları qoruyan qırıcılar İran səmasını tərk edir.

Görün, bu Amerika necə qorxaqdır – kişi kimi üzə çıxmır, “gəldim” demir, gizlənə-gizlənə, aldada-aldada gəlib vurur.

Hələ Trampa bax – “İki həftə müddətində İrana zərbə endirib-endirməmək barədə qərar verəcəyəm” deyib, adam aldadır, həmin gecə hücuma keçir!

Yaxud B-2-lərin Hind okeanına göndərildiyi haqda uydurma yayıb, İrana gəldiyini ört-basdır edirlər!

Bu, kişilikdəndirmi?

Ancaq buna cavab verən İranın əxlaqı göz yaşardır: Tehran bu xəlvəti, xəbərsiz, qəfil hücumun kişiliyə sığmadığını ABŞ-a bir daha başa saldı, rəsmən elan etdi ki, Qətərdə, Bəhreyndə, İraqda və Küveytdə yerləşən bazalarına yaxın 1-2 saatda hücum edəcəm.

Tehran Qətərə də zəng edib, zərbə endirəcəyi haqda əvvəlcədən “məlumatlandırma etməyi” də unutmamışdı.

Və hücumdan əvvəl Qətər hazırlıqlara başladı, hava məkanını bağladı, ABŞ isə Üdeydə bazasındakı təyyarələri köçürdü, bazanı boşaldıb, hücumu gözlədi...

Və budur, “Əvvəlcədən elan edilmiş doğru-düzgün vəd” əməliyyatı ilə İran hücuma keçir, 4 ölkəyə raketlər yağdırdığını bildirir.

Hücumdan sonra Qətər 7 ballistik raket atıldığını, hamısının da səmada vurulduğunu elan edir və görüntülərini yayır. Küveyt, İraq və Bəhreyn isə ümumiyyətlə atılan raketləri hələ də axtarırlar – gördüm deyən yoxdur!

İranın bu ləyaqətli, vicdanlı və mərd, kişiyana davranışı Trampı belə utandırdı, adam xəcalətindən az qaldı yerə girsin və Tramp İrana ABŞ bazalarına endirdiyi kişiyana zərbələrə görə təşəkkür etdi...

Bu cür ləyaqət, vicdan, ər davranışı İsraili də yalvarmağa məcbur etdi. İran isə əlbəttə ki, bu yalvarış və göz yaşlarını qəbul etdi.

O ki qaldı atəşkəs razılaşmasından bir saat sonra İrandan İsrailə bir raket atılmasına, bunu Tehranın verdiyi sözə xilaf çıxması kimi yozmaq düşmənə və sionistlərə qul olanların işidir. Məsələ bundadır ki, raketin 2 saat əvvəl fitili yandırılıbmış, atəşkəs razılaşması əldə olunandan sonra isə fitili söndürmək yaddan çıxıb və bir raket İsrailə doğru uçub – bu barədə də İran düşmənlərini məlumatlandırmamış olmaz!

Beləliklə, 12 günlük savaşın nəticəsi nədir?

Dünyada heç bir ölkənin prezidenti müharibə apardığı və yaxud darmadağın etdiyi ölkənin cavab zərbələrinə görə düşmən tərəfə təşəkkür etməz, etməyib, olmayıb belə bir şey tarixdə!

Amma Tramp İrana təşəkkür etdi!

Bu, sıradan hadisə deyil – tarixə düşdü və bunu tarixinə salan İrandır!

Necə deyərlər, şir elə həmən şirdir – quyruğu da yerində...

Tarix
2025.06.24 / 13:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

İran da, İsrail də “qazandığını” deyir: Bəs, uduzan kim?

Trampın siyasətdə acizliyi üzə çıxdı - Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla