Yuxarı

İran müharibəsi başlayır? - ABŞ çağırış etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsi başlayır? - ABŞ çağırış etdi

ABŞ-ın İran üzrə virtual səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq yayıb və İslam Respublikası və ona bağlı qüvvələrin ABŞ şirkətləri və qurumları da daxil olmaqla, dünyanın hər yerindəki ABŞ maraqlarını və obyektlərini hədəf ala biləcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, xəbərdarlıq oktyabrın 18-də edilib.

Xəbərdarlıqda Yaxın Şərqdəki ABŞ vətəndaşları regiondakı mürəkkəb təhlükəsizlik vəziyyəti səbəbindən daha diqqətli olmağa və mümkün uçuşların ləğvinə, hava məkanının bağlanmasına və səyahət pozuntularına hazır olmağa çağırılıb.

“ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər”,- ABŞ səfirliyi vurğulayıb.

ABŞ səfirliyi vətəndaşlarına İrandakı uçuş statusunu birbaşa aviaşirkətlərlə yoxlamaq, fövqəladə hallar üçün alternativ planlara sahib olmaq və böyük izdihamların və polisin sıx olduğu ərazilərdən çəkinməyi tövsiyə edib.

“İranın quru sərhəd keçid məntəqələri xəbərdarlıq edilmədən və ya çox qısa müddətdə bağlana bilər”, - xəbərdarlıqda bildirilib.

Tarix
2026.10.19 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla