Yuxarı

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

ABŞ Prezidenti Donald Trampla əldə olunan razılaşma çərçivəsində Rusiyanın dünya bazarlarına tədarük etdiyi dizel yanacağının bir hissəsini Türkiyə alacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında dizel yanacağı tədarükü ilə bağlı əldə olunan razılaşma Türkiyənin enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir:

“Ankara enerji ehtiyaclarını ödəmək üçün qismən Rusiyaya, eləcə də İrana, Azərbaycana və digər ölkələrə arxalanır. O, ABŞ və digər tərəfdaşlarla bağladığı sazişlər vasitəsilə enerji mənbələrini şaxələndirməyə çalışır.

Rusiya bu problemlə üzləşdiyi son aylarda dizel yanacağı ixracına məhdudiyyətlər tətbiq etmişdi. İndi isə o, Trampla dizel yanacağı ilə bağlı razılığa gəlib. Apardığımız danışıqlar nəticəsində bu dizel yanacağının bir hissəsini Türkiyə üçün alacağıq”.

Tarix
2026.10.18 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla