Yuxarı

Yeni nazir kollektivə təqdim olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni nazir kollektivə təqdim olundu - Foto

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yeni təyin olunmuş nazir Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş nazirinin müavini Teymur Musayev təqdim edib.

Təqdimat mərasimində çıxış edən Teymur Musayev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb. O, səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl davam etdirilməsinin, qarşıya qoyulan hədəflərə nail olunması üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.

Anar Bayramov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, fəaliyyətin müasir idarəetmə prinsipləri əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin bildirilib ki, dövlət başçısının 19 oktyabr 2026-cı il tarixli "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qeyd olunan qərarlar ölkədə səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və səhiyyə sisteminin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin səhiyyə sahəsində vahid yanaşmanın gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

Səhiyyə Nazirliyi qarşıdakı dövrdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Tarix
2026.10.19 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla