Yuxarı

Faytonçu Nazim həmin həkimdən 50 min manat alıbmış

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazim Pişyari (Faytonçu Nazim) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzminat alıb.

Kult.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya sənətçi özü danışıb.

Nazim Pişyari bildirib ki, həkimin imicinə zərbə vurub:

“Elmed” klinikasının cərrahı Elman Əzimovla məhkəmə davamız uzun çəkdi. Amma qərar sonda mənim xeyrimə bitdi. Həkimdən 50 min manat təzminat aldım. Həmin vaxt xəstəxanada xərclədiyim bütün vəsaiti geri ala bildim. Həmin pulu yavaş-yavaş xərclədim. Hadisə 2017-ci ildə olub, indi 2025-ci ildir. O vaxtdan pul qalar? İkincisi də həkimə böyük zərbə vurdum. Məsələ ictimailəşən kimi onun həkimlik statusuna zərbə dəydi. Məhkəmə prosesi gedəndə onu hər yerdə sıxırdılar. Ölkədən çıxa bilmədi, işləyə bilmirdi. Məhkəmə gedən vaxt onu işdən tədric eləmişdilər. Haradasa 4-6 ay işləmədi. Bu da bilirsiniz də nə deməkdir?”

Qeyd edək ki, Nazim Pişyari 2017-ci ildə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Müğənni ondan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib.

Bakıya qayıdan müğənni səhhəti qaydasına düşən kimi həkimin ciddi cəzalandırılması tələbi ilə Baş Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna və Binəqədi Rayon Prokurorluğuna müraciət edib.

Tarix
2025.06.25 / 21:11
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Zakir Həsənov yeni generallarla görüşdü

Azərbaycan bu şəxsi Rusiyaya təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla