Yuxarı

Müəllimlərin sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlərin sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşdıb.

Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı məlumat verib.

O bildirib ki, ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib:

"İmtahan təşkilindən öncə imtahan qaydaları, təlimatlar müəllimlərlə bölüşülsə də, çoxsaylı görüşlər keçirilib müəyyən xəbərdarlıqlar edilsə də, təəssüflə bildiririk ki, az sayda da olsa, neqativ hallara da rast gəlinib.

Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub.

Bu cür hallar prosesə kölgə salmaqla yanaşı, müəllim adının daşıdığı yüksək ictimai etimadla ziddiyyət təşkil edir.

Ona görə də hər bir iştirakçının bu mərhələyə dürüstlük, məsuliyyət və daxili intizamla yanaşmasının vacibliyini bir daha vurğulayırıq".

Tarix
2025.06.25 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla