Yuxarı

Rusiyalı prodüser İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı prodüser İlham Əliyevə təşəkkür etdi

Çəkilişləri İranda aparılan “Tanrı olmaq çətindir” serialının çəkilişlərinin bərpasından hələ söhbət getmir.

Kult.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Team Films” kinostudiyasının prodüseri Teymur Cəfərov deyib.

O bildirib ki, çəkiliş prosesi ilə bağlı qərarlar daha sonra veriləcək:

"Hazırda İranda çəkilişlərin bərpası barədə danışmaq tezdir - ölkədə hərbi əməliyyatlar davam edir. Çəkilişlərin necə, nə vaxt və harada davam etdiriləcəyi ilə bağlı qərarı Moskvadakı prodüser qrupu verəcək".

Onun sözlərinə görə, çəkiliş qrupunun İrandan təxliyəsi fövqəladə qaydada həyata keçirilib:

"Gecə növbəsi başa çatdıqdan sonra partlayışlar barədə eşitdik və komanda orada qalmağın təhlükəli olduğunu başa düşdü. Tez bir zamanda ərazini tərk etməyə hazırlaşdıq".

T.Cəfərov həmçinin təcili təxliyəyə göstərdikləri misilsiz dəstəyə görə Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovaya, Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Tehrandakı səfirliyinə və Rusiya Konsulluğuna, Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Media Qrupunun və NTV-nin rəhbərliyinə təşəkkür edib:

"Cəmi bir neçə saat ərzində 90 nəfəri toplaya bildik. Azərbaycan tərəfdən də bizə hər cür kömək etdilər: əvvəllər bağlı olan quru sərhədini açdılar".

Tarix
2025.06.14 / 21:03
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla