Yuxarı

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə satış obyektlərində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanıb.

Axar.az xəbər verir ki, satışı həyata keçirilən bir neçə adda alkoqollu içkilərin qida təhlükəsizliyi reyestrindən çıxarışı olmayan müəssisələr tərəfindən istehsal olunduğu, alkoqollu içkilərin üzərində göstərilən istehsalçıların mövcud olmadığı, mənşəyi, istehsalçının adı, ünvanı barədə dolğun məlumatların göstərilmədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və ümumi həcmi 168 litr olan 12 adda müxtəlif həcmli 305 ədəd alkoqollu içkinin dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar olunub.

Qərarın icrası təmin edilib.

Tarix
2025.06.25 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla