Yuxarı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Baş verənlər Yəmən daxilində uzun müddətdir mövcud olan, lakin müəyyən balanslarla idarə edilən ziddiyyətlərin kəskinləşməsi ilə bağlıdır. Xüsusilə BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (CKŞ) son aylarda hərbi-siyasi fəallığını artırması, rəsmi Yəmən hökumətinin isə bunu suverenliyə birbaşa təhdid kimi qiymətləndirməsi vəziyyəti partlayış həddinə çatdırıb. Hökumətin BƏƏ-dən bütün hərbi qüvvələrini çıxartmağı tələb etməsi və birgə müdafiə sazişini dayandırması artıq diplomatik böhranın da hərbi gərginliklə paralel getdiyini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində yaranmış gərgin vəziyyəti şərh edərkən deyib.

V.Zifəroğlu bildirib ki, bu mərhələdə Ədən şəhərinə faktiki nəzarət məsələsi birmənalı deyil:

"Rəsmi olaraq Ədən Yəmən hökumətinin müvəqqəti paytaxtı hesab edilsə də, real təhlükəsizlik və idarəetmə mexanizmlərinin böyük hissəsi Cənub Keçid Şurasının təsiri altındadır. Dəniz limanı, hava limanı, əsas hərbi və təhlükəsizlik strukturlarında CKŞ-yə loyal qüvvələrin mövcudluğu onu göstərir ki, hökumət daha çox siyasi legitimliyi, CKŞ isə faktiki gücü təmsil edir. Bu baxımdan Ədən hazırda iki hakimiyyət arasında bölünmüş şəhər təsiri bağışlayır.

Mövcud gərginliyin Yəmənin faktiki olaraq iki hissəyə bölünməsi ilə nəticələnməsi real ssenarilərdən biri kimi görünür. Şimalda husilərin, cənubda isə Cənub Keçid Şurasının güclənməsi vahid dövlət modelini daha da zəiflədir. Əgər Ədən üzərində nəzarət uğrunda mübarizə silahlı toqquşma mərhələsinə keçərsə, bu, cənubda de-fakto ayrıca siyasi qurumun formalaşmasını sürətləndirə bilər".

Ekspertin sözlərinə görə, yaxın perspektivdə üç əsas istiqamət mümkündür: rəsmi hökumətin Səudiyyə Ərəbistanının dəstəyi ilə Ədəndə mövqelərini gücləndirməyə çalışması, Cənub Keçid Şurasının müstəqil cənub dövləti ideyasını daha açıq şəkildə gündəmə gətirməsi və ya tərəflər arasında məcburi siyasi kompromis cəhdləri. Lakin mövcud dinamikanın kompromisdən daha çox qarşıdurmaya meylli olduğu vurğulanır.

"Ədəndə baş verənlər lokal təhlükəsizlik insidenti deyil, Yəmənin gələcək dövlət quruluşunu müəyyən edə biləcək strateji qarşıdurmanın açıq əlamətidir. Bu prosesin necə nəticələnəcəyi isə təkcə daxili aktorlardan deyil, eyni zamanda regionda Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yaranan fikir ayrılıqlarından da birbaşa asılı olacaq" , - o qeyd edib.

Tarix
2026.01.10 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla