Yuxarı

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satın alınması ilə bağlı tenderə yekun vurub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "VNM İnvest" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3.850.275,01 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "VNM İnvest" MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Arif Susaməddin oğlu Rzayevdir.

"VNM İnvest" MMC-nin hüquqi ünvanında başqa bir şirkət də qeydiyyatdadır. Bu şirkətin adı "VNM İnşaat" MMC-dir. Şirkət "VNM İnvest" MMC ilə eyni tarixdə qeydiyyata alınıb. Bu şirkətin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. Maraqlıdır ki, Vüqar Nağıyev "VNM İnvest" MMC-nin də qanuni təmsilçisi olub. Bu faktlar hər iki şirkətin eyni adama məxsus olduğuna dair şübhələri artırır.

Mediada gedən məlumatlardan aydın olur ki, bu şirkətlər satınalma müsabiqələrində fəal iştirak edir. Ehtimal olunur ki, "VNM İnşaat" MMC və "VNM İnvest" MMC elə bu məqsədlə yaradılıb.

Bəzi iddialara görə şirkət Vüqar Nağıyevin özünə məxsusdur. Şirkətin adındakı "VNM" onun adı, soyadı və atasının adının baş hərfləridir. Vüqar Nağıyev haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Tarix
2026.01.10 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla