Yuxarı

Mars erməniləri Yerə gəlib, 1989-da, “vəsiyyət” qoyublar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mars erməniləri Yerə gəlib, 1989-da, “vəsiyyət” qoyublar...

SSRİ-nin ən nüfuzlu qəzetlərindən biri olan “Sosialistiçeskaya industriya” (Социалистическая индустрия/Sosialist sənayesi) qəzetininin 1989-cu il, 21 iyul tarixli nömrəsində Ermənistan üzrə xüsusi müxbir İosif Qaluzyanın “Vəsiyyət” adlı yazısı dərc edilir. “Hadisə” rubrikası altında verilən bu yazı qəzetin dördüncü səhifəsində idi.

Burada jurnalist keçmiş Dağlıq Qarabağın Əsgəran rayonunda (Xocalı yaxınlığında) bir mağarada qəribə tapıntılar tapdığını sensasiya kimi yazaraq, sübut etməyə çalışır ki, qədim ermənilərin kosmik missiyaları olub və onlar burada qədim erməni xalqına dair əşyalar qoyub gediblər. Jurnalist daha irəli gedərək, Qarabağda yaşayan və çobanlıqla məşğul olan erməninin onlarla görüşməsi barədə iddia da yayır.

Guya bir çoban göydən enən nurani varlıqlarla qarşılaşıb. Həmin kosmik varlıqlar çobana deyiblər ki, erməni dili kainatdakı bəzi qədim sivilizasiyaların dilləri ilə eyni kökə malikdir. Hətta çoban bu varlıqlarla “çətinlik çəkmədən anlaşıb”, çünki onların enerjisi və dili erməni ruhuna çox yaxın imiş.

Onlar adi insanlardan fərqlənən, hündür boylu və “ali zəka” sahibi kimi təsvir olunur. Bu varlıqlar çobana belə bir mesaj veriblər: “Siz (ermənilər) kainatın ən qədim xalqlarından birisiniz və sizin genetik kodunuzda kosmik məlumatlar gizlənib. Bu torpaqlar sizə göylər tərəfindən verilib”.

Sonra o varlıqlar çobanı Əsgəran yaxınlığında olan bu mağaraya aparıb bəzi işarələr və “Vəsiyyət” başlıqlı yazı qoyublar: “Bax, bu rəsmləri min illər əvvəl sizin ulu babalarınız bizim gəlişimiz şərəfinə çəkiblər. Biz o vaxt da bura gəlmişdik, indi də gəldik ki, sizə bu torpaqların əsl sahibi olduğunuzu xatırladaq”.

Yadplanetlilər çobana izah ediblər ki, erməni xalqı bu planetə gəlmə deyil, onlar kainatın ən qədim sivilizasiyalarından biri ilə birbaşa genetik bağlılığa malikdir. Müəllif yazırdı ki, kosmik qonaqlar erməniləri Yer kürəsində “mədəniyyət daşıyıcıları” adlandırıblar. Marsdan gələn qonaqlar erməni xalqına “mesaj” da göndəriblər:

“Sizin əcdadlarınızın izləri təkcə bu dağlarda deyil, ulduzlar arasındadır. Biz Mars planeti erməniləri Yer kürəsi ermənilərinə dəstək olacağıq. Gələcəkdə “böyük bir dirçəliş” olacaq və kosmos sizin tərəfinizdədir. Mars əslində “Marsuni” (Martuni rayonuna işarə ilə) sözündən götürülüb və ora qədim erməni torpağıdır. Tezliklə Marsda da “miatsum” hərəkatı başlayacaq”.

Sonra Mars planetindən gələn “ermənilər” uçub gediblər və “Dənizdən dənizə Ermənistan yarananda yenidən Yerə yaşamağa gələcəklərini” deyiblər.

Qeyd edim ki, “Sosialistiçeskaya industriya” qəzeti bu yazıya görə ciddi tənqidlərlə üzləşib. Ciddi bir sənaye qəzetinin belə bir sarı mətbuat materialı dərc etməsi redaksiyanın nüfuzuna böyük zərbə vurdu. Yazıçı Anarın “Marslıların Əsgəran səfəri” cavabı da olub bu məqaləyə.

Hətta Kaliforniyada nəşr edilən “Erməni həftəliyi” (Armenian Weekly) qəzetinin 24 avqust 2012-ci il sayında dərc edilən yazıda 14 erməni “aliminin” hazırda Mars planetində olan "Marsaxod"un yaradıcısı olduğu qeyd edilir və yazılır: “Qədim erməni dilində “qırmızı” adlanan Marsda nəhayət Yer ermənilərinin ordakı qardaşlarına qarşı ilk addımı atıldı”.

Tarix
2026.01.02 / 19:10
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla