Yuxarı

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

ABŞ Prezidenti Donald Tramp dünən mühafizəkar jurnalist Hyu Hevittə verdiyi müsahibəsində İranın sabiq şahzadəsi Rza Pəhləvi ilə görüşməyəcəyini bildirdi. O, bunun səbəbini Trampa yaraşmayacaq dərəcədə incə bir eyhamla Pəhləvinin İrandakı proseslərə ciddi təsir edəcəyinə inanmaması ilə əsaslandırdı: “Düşünürəm ki, hər kəsin ortaya çıxıb özünün əsl lider olduğunu təsdiqləməsinə imkan verməliyik. Onunla danışıqların aparılmasının məqsədəuyğun olub-olmayacağına əmin deyiləm”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, Tramp başqa bir qüvvənin ortaya çıxıb prosesə rəhbərlik etməsini gözləyir:

“Bəs, onun gözlədiyi qüvvə kimdir? Trampın gözlədiyi bu əsrarəngiz qüvvə İran türkləridir, yəni bizim klassik ibarəmizlə desək, Güney azərbaycanlılar.

Məsələ burasındadır ki, ABŞ həmişə güneyli soydaşlarımıza İranda oyundəyişdirici aktor kimi baxıb. Hətta bəzən elə olub ki, Güney Azərbaycan türklərinin inqilabi proseslərə hazır olmadığını nəzərə alıb İrana müdaxilə planlarını belə təxirə salıb. Belə təxirəsalmalardan biri 2012-ci ildə yaşanıb. Sirr deyil ki, 2011-2012-ci illərdə də indiki kimi, İsrail Baş naziri Netanyahu və ABŞ-dakı yəhudi lobbisi İrana hərbi müdaxilə barədə düşünür və Vaşinqtonu öz yanına almağa çalışırdı. İddialara görə, Netanyahunun İrana hücum planı ABŞ-ın müdaxiləsi ilə ən azı 3 dəfə təxirə salınmışdı. ABŞ-ın İrana hərbi müdaxiləyə istəksizliyi 2012-ci ilin aprel ayında Vaşinqtonda keçirilən Qlobal Təhlükəzilik-2012 Forumunda (Global Security Forum 2012) ortaya çıxmışdı. Forumda çıxış edən ABŞ-ın ən ünlü strateqlərindən olan və 1977-1981-ci illərdə prezident Cimmi Karterin milli məsələlər üzrə müşaviri vəzifəsində çalışan Zbiqnev Bjezinski bu fikrə qarşı çıxmış, öz mövqeyini bir neçə arqumentlə əsaslandırmışdı. Bjezinskinin fikrincə, İrana qarşı “planlaşdırılmamış hücum” hər şeydən öncə, qonşu dövlətlərə, o cümlədən Azərbaycana dağıntılar gətirə bilərdi.

“Məsələn, Azərbaycanda bu, Qərbin enerji maraqlarını böyük zərbə altına qoya bilər”, - Bjezinski Bakı-Tiflis-Cehyan neft kəməri xəttini nəzərdə tutaraq demişdi: “İran onun ətrafında gərginliyin artması fonunda bir müddətdir ki, Azərbaycanın nəbzini yoxlamağa başlayıb və təəssüf ki, bu oyunlar səngimək bilmir”.

Strateq elə hesab edirdi ki, İrana qarşı mümkün hərbi əməliyyatlar Cənubi Qafqazda müharibə ocaqlarını yenidən alovlandıra bilər: “Xüsusilə Rusiya bu vəziyyətdən Gürcüstana qarşı növbəti hücum üçün mütləq yararlanacaq. Bizə məlumdur ki, ruslar son iki ayda Gürcüstan ərazisində hərbi oyunlar keçirməklə - əzələ nümayişi ilə məşğuldurlar. Sülh şəraitində belə tədbirlər bəlkə də məqbuldur, ancaq adi bir regional qığılcım bu oyunları real hərbi əməliyyatlara çevirə bilər”.

Bjezinski onu da vurğulamışdı ki, Qafqazda islamçıların güclənməsi də Tehranın əlində vasitəyə çevrilib və bundan istifadə edərək, Bakının gözünün odunu almağa çalışır.

Strateqin irəli sürdüyü igər vacib bir amil isə İran azərbaycanlıları ilə bağlı idi.

“Təəssüf ki, onlar indi hadisələrin çarxını döndərmək iqtidarında deyillər, ancaq ölkə daxilində proseslərə təsir edəcək qədər böyük saya malikdirlər”, - Brjezinski həmin çıxışında vurğulamışdı.

İranda hakimiyyət dəyişikliyinin mümkünlüyü barədə suala cavabda isə o, bəyan etmişdi ki, Birləşmiş Ştatlar “rejimləri dəyişmək siyasətindən uzaq durmalıdır, bu, xalqların daxili işidir”.

O vaxtdan bu yana 13 ildən çox vaxt keçib. Artıq Bjezinskinin irəli sürdüyü situasiya böyük ölçüdə tarixə qovuşub. Hətta deyərdim ki, Azərbaycanın 2020-ci ildə Qarabağ uğrunda savaşında ABŞ-ın erməniləri dəstəkləməməsinin altında yatan əsl məqsəd də bununla bağlı ola bilər – İranın molla rejimindən gələn təhlükənin qarşısını vaxtında almaq. Görünür, İran rejimi də məhz bu amili nəzərə alıb II Qarabağ döyüşlərində yaxasını cırıb Cənubi Qafqazın “geopolitik sərhədlərinin dəyişilməsinə” imkan verməyəcəyini bildirir, Zəngəzur dəhlizini “qırmızı cizgisi” elan edirdi. İndi İranın həmin “qırmızı cizgisində” hər an onun başına “dəmir yumruğu” endirməyə amadə dayanan Tramp iradəsi oturub. Özü də İranın “minillik qardaş” elan etdiyi Ermənistan ərazisində.

Bütün bu amillər ABŞ-ın həqiqətən də İrandakı prosesləri dəyişdirməyə hazır olduğunu göstərir. Çatışmayan yeganə şey isə Cənubi Azərbaycan türklərinin aktivliyidir. Alınan son məlumatlara görə isə artıq Cənubi Azərbaycan da oyanır. Bir sözlə, mollanın işi Allaha qalıb”.

Tarix
2026.01.10 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla