Yuxarı

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ hazırda İranda baş verən prosesləri diqqətlə izləyir və bu hadisələrə vaxtaşırı sərt reaksiyalar verir. Vaşinqtonun mövqeyi göstərir ki, İranla bağlı yalnız diplomatik deyil, daha dərin siyasi planlar da mövcuddur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov ABŞ-İran gərginliyi və mümkün ssenarilərdən danışarkən deyib.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamaları artıq ilk dəfə deyil və bu mövqeyi Amerika senatorları, konqresmenlər və digər rəsmi şəxslər də açıq şəkildə dəstəkləyir:

“Onlar İranda gedən etirazlara siyasi dəstək verirlər ki, bu da Vaşinqtonun rejim dəyişikliyi ilə bağlı planlarının mövcudluğunu göstərir. ABŞ Venesueladan sonra İranda da dəyişikliklərə fokuslanıb və bu prosesi birbaşa hərbi əməliyyatlar olmadan, daxili etirazlar vasitəsilə reallaşdırmağa çalışır.

Əgər ABŞ rəhbərliyi etirazların İran hakimiyyəti tərəfindən zorakılıqla yatırıldığını, ölənlərin sayının artdığını görərsə, bu, Donald Trampa hərbi müdaxilə qərarı vermək üçün əsas və bəhanə yarada bilər. Qırmızı xətt məhz zorakılığın miqyası və insan tələfatı ilə bağlıdır.

İranda baş verən hadisələr təsadüfi deyil və həm daxili səbəblərdən, həm də ABŞ və İsrailin bu proseslərə müəyyən formada təsirindən qaynaqlanır. Proseslər eyni zamanda İranın molla rejimi daxilində siyasi elitalar arasında gedən mübarizənin də nəticəsi kimi dəyərləndirilə bilər".

Oqtay Qasımov bildirib ki, İranda mühafizəkar və mürtəci kəsim ölkədə həm siyasi gücü, həm də iqtisadiyyatın əsas hissəsini nəzarətdə saxlayır və islahatların, daha yumşaq və demokratik sistemin formalaşmasında maraqlı deyil. Bu səbəbdən həmin qüvvələr zaman-zaman etirazların qarşısını almaq və ya prosesi yönləndirmək üçün müxtəlif addımlar ata bilirlər.

"Hazırkı etirazlar əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Belə ki, artıq bu proseslərə yalnız müəyyən sosial təbəqələr deyil, iş adamları, orta təbəqə və Tehran, Təbriz kimi böyük şəhərlərin bazarları da qoşulub. Bu kəsimlərin iqtisadiyyat və cəmiyyət üzərində böyük təsir imkanları var.

Əgər ABŞ daxili potensial hesabına prosesi istədiyi istiqamətdə dəyişə bilməsə və etirazlar uzanarsa, Vaşinqtonun hərbi müdaxilə variantını da gündəmə gətirməsi istisna olunmur. Bu baxımdan, hazırda İranda vəziyyət kifayət qədər gərgin olaraq qalır", - o qeyd edib.

Tarix
2026.01.10 / 13:22
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla