Yuxarı

Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Moskva Ukrayna ərazisinin təxminən 11 faizini təşkil edən Donbası istəyir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Rubionun sözlərinə görə, Rusiya hələlik Donbası tam hərbi yolla ələ keçirə bilmir, Ukrayna isə bu ərazini Rusiyaya könüllü şəkildə verməyə razı deyil:

“Bunu demək istərdim: insanlar hələ də bunun Ukraynada gedən müharibə olduğunu deyirlər. Amma bu müharibə Donbas uğrundadır. Söhbət ölkənin yalnız bir regionundan gedir. Əslində, ölkə ərazisinin təxminən 11 faizini təşkil edən bir ərazidən danışırıq. Rusiya həmin ərazini ələ keçirmək istəyir, lakin bunu hərbi yolla bacarmır. Ukrayna isə bu ərazidən imtina etmək istəmir”.

Eyni zamanda, ABŞ dövlət katibi Ukraynanın Donbası itirməyə razılaşmamaq üçün ciddi əsaslarının olduğunu etiraf edib. Onun sözlərinə görə, bu məsələ dövlətin suverenliyi və uzunmüddətli təhlükəsizliyi ilə bağlıdır.

Rubionun fikrincə, hazırda əsas vəzifə hər iki tərəfin müharibənin başa çatması üçün müəyyən güzəştlərə getməyə razı olacağı kompromis variantı tapmaqdır:

“Bu müharibə hərbi yolla başa çatmayacaq. Ona yalnız diplomatik yolla son qoymaq mümkündür. Məsələ ondadır ki, elə bir nəticəyə nail olmaq mümkündürmü ki, hər iki tərəf özü üçün müəyyən fayda əldə etsin, eyni zamanda güzəştlərə getsin və nədənsə imtina etsin?”

Qeyd edək ki, Rusiya Konstitusiyasına yalnız Donetsk və Luqansk vilayətlərini deyil, həm də Zaporojye, Xerson vilayətlərini və Krımı daxil edib.

Tarix
2026.10.24 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla