Yuxarı

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə Ankarada keçiriləcək zirvə görüşündə iştirak etmək üçün göndərdiyi dəvət Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və strateji dəyərini qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Feysbuk səhifəsində qeyd edib.

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və millətlərimizin birliyi üzərinə qurulub, gündəlik siyasi proseslər və müvəqqəti fikir ayrılıqlarının fövqündədir. Əlbəttə ki, dövlətlər arasında fərqli dəyərləndirmələr və həll olunmamış məsələlər ortaya çıxa bilər. Həqiqətən vacib olan bu məsələləri qardaşlıq bağlarını pozmadan qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsini nümayiş etdirməkdir.

Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması - iki dövlət arasında həmrəyliyin davam etdirilməsi və türk dünyasının ortaq gələcəyinin təmin edilməsi üçün vacibdir”, - deyə partiya rəhbəri bildirib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının sammiti 29-30 oktyabrda Ankarada keçiriləcək. Bu sammitdə TDT-yə sədrlik Azərbaycandan Türkiyəyə ötürüləcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 21 oktyabrda Prezident İlham Əliyevlə telefon danışığında onu TDT sammitinə şəxsən dəvət edib.

Tarix
2026.10.23 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla