11:46
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var: Əhməd və Orxan. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.
Məlumata görə, bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.
Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.
***
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub.
Qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir.
O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminala meylli şəxs olduğu deyilir. Onun özünün də bıçaqla yaralandığı bildirilib.
Həmçinin hadisə iştirakçılarından digər ikisi də bıçaq xəsarətləri alıb, onların vəziyyəti kafi qiymətləndirilir.