Yuxarı

“Kənd Həyatı”nın yeni buraxılışı: Əliyeva da iştirak etdi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kənd Həyatı”nın yeni buraxılışı: Əliyeva da iştirak etdi - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.

Kult.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib.

Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.

Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin təbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə uğurlar arzulayıb.

Qeyd edək ki, “Kənd Həyatı” Yutub kanalı 8 milyondan çox izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanır.

Tarix
2026.01.07 / 22:37
Müəllif
Kult.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla