Yuxarı

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Azər Qasımlının vəkilləri çıxış edib. Onlar müvəkkilin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Məhkəmə bu vəsatəti təmin etməyib.

Daha sonra vəkillər Azər Qasımlının barəsində olan cinayət işinə xitam verilməsi barədə vəsatət veriblər.

Həmçini zərərçəkmiş Qurbanəli Yusifovun qohumlarının ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyiblər.

Bundan başqa, vəkillər Mingəçevir Şəhər Məhkəməsində, Şəki Kommersiya Məhkəməsində Azər Qasımlı və Qurbanəli Yusifov arasında məhkəmə çəkişmələrinin video və audio yazılarının alınması barədə vəsatətlər qaldırıblar.

Vəkilər bildiriblər ki, ittiham əsassızdır, Azər Qasımlı Qurbanəli Yusifovdan öz pulunu tələb edib.

"Onlar arasında gedən mülki məhkəmə prosesləri də bunu sübut edir. Hətta Mingəçevir Şəhər Məhkəməsi Azər Qasımlının Qurbanəli Yusifova qarşı mülki iddiasını təmin etmişdi. Sonradan Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etdi ki, bu işə kommersiya məhkəməsində baxılmalıdır. Qurbanəli Yusifov həm Mingəçevir Məhkəməsində, həm də Şəki Kommersiya Məhkəməsində Azər Qasımlıya borclu olduğunu etiraf edib", - deyə vəkil Aqil Layc bildirib.

Zərərçəkmiş Qurbanəli Yusifov Azər Qasımlıdan şikayətçi olduğunu bildirib. O, vəkillərin bütün vəsatətlərin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatətlərə növbəti iclasda münasibət bildirib.

Növbəti proses iyulun 2-də davam edəcək.

Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur.

İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

Tarix
2025.06.25 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu

Zakir Həsənov yeni generallarla görüşdü

Azərbaycan bu şəxsi Rusiyaya təhvil verdi

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla