Yuxarı

Yeni rektor qızım deyil, qohumumdur - İsaxanlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni rektor qızım deyil, qohumumdur - İsaxanlı

15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunmuşdu. Birinci rektor Nyu York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq.

Kult.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı rektor təyinatı ilə bağlı danışarkən deyib.

O, yeni rektorun bütün fəaliyyətinin universitetlə bağlı olduğunu vurğulayıb.

“2010-cu ilə qədər universitetdə qurucu rektor kimi fəaliyyət göstərmişəm. Elə həmin ildən qərara gəldim ki, daha çox strateji məsələlərlə məşğul olum və rektor vəzifəsinə yeni şəxslər təyin edilsin. Bu məqsədlə həm özümüz namizədlər axtarır, həm də təkliflərə açıq oluruq. Proses adətən uzun çəkir, çünki hər bir namizədlə görüşlər keçirir, fikirləri dəyərləndiririk. Xaricdən və ölkə daxilindən namizədlərimiz olur.

Nizamnaməyə əsasən, rektor Direktorlar və Qəyyumlar Şurası tərəfindən təsdiqlənir. Bu dəfə Raziyə xanımın üzərində dayandıq.

Onun bütün fəaliyyəti Xəzər Universiteti ilə bağlı olub. Bakalavr, magistr təhsilini fərqlənmə ilə bitirib. Universitetdə müəllim kimi çalışıb. Dəfələrdə xarici ölkələrdə təcrübə keçib. Təhsilini xaricdə davam etdirməsi üçün biz onu Finlandiyaya göndərmişdik. Orada doktorluq dərəcəsini uğurla müdafiə etdi. Qayıtdıqdan sonra Raziyə xanım fakültə dekanı seçildi. Son dərəcə fəal və təşəbbüskar bir insandır, ingilis dilini əla bilir", - universitetin təsisçisi qeyd edib.

Hamlet İsaxanlı yeni rektorun onun qızı olması barədə yayılan fikirlərə də münasibət bildirib:

"O, mənim qızım deyil, lakin qohumumdur və bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Raziyə xanım əmim oğlunun qızıdır, qeyri-adi dərəcədə qabiliyyətli insandır. İndiyədək bu vəzifədə olanların heç biri mənim qohumum və ya tanışım olmayıb".

Tarix
2025.09.03 / 13:28
Müəllif
Kult.az
Digər xəbərlər

Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?

Ceyhun Bayramov Avstriyaya getdi

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla