Yuxarı

O da Muğam Müsabiqəsindən şikayətləndi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
O da Muğam Müsabiqəsindən şikayətləndi - Video

Kənan Novruzovdan sonra daha bir xanəndə muğam müsabiqəsi ilə bağlı etirazını bildirib.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, bu dəfə IX “Muğam” Televiziya Müsabiqəsinin digər iştirakçısı Aycan Şükürova haqsızlıqlardan şikayətlənib.

O, I vitse-prezident Mehriban Əliyevaya müraciətlə video yayımlayıb:

"Mən Şükürlü Aycan, IX Muğam Televiziya Müsabiqəsinin finalçısıyam. Hörmətli Mehriban xanım, sizə müraciət etməyə məcburam. 3 ay boyunca müsabiqədə iştirak etmişəm. Münsiflərin özləri tərəfindən heç bir irad və aşağı bal almamışam. Buna baxmayaraq, mənə qarşı böyük bir haqsızlıq oldu.

Avqustun 25-də Laçın şəhərində keçirilən finalda diplomatlar sırasında oldum. Sizdən xahiş edirəm ki, bu işə yenidən baxılsın. Mənə qarşı haqsızlıq olundu. Finala qədər gəlsəm də, qalib ola bilmədim".

Qeyd edək ki, Muğam müsabiqəsinin favoritlərindən olan Kənan Novruzov finalda Münsiflər heyətinin qərarına etiraz olaraq diplomdan imtina edib

Tarix
2025.08.28 / 11:58
Müəllif
Kult.az
Digər xəbərlər

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla