Yuxarı

“İmarət” nə deməkdir – Ağdamdakı “İmarət”in tarixi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İmarət” nə deməkdir – Ağdamdakı “İmarət”in tarixi

Osmanlı sultanı II Bəyazidin dövründə İstanbul sarayında yeni bir ənənənin bünövrəsi qoyulur. Baxmayaraq ki, Osmanlıda ilk imarət nümunəsinin 1336-cı ildə Bursada Orxan Qazi tərəfindən tikildiyi bildirilir. Lakin II Bəyazitin dövründə bu, ənənəyə çevrilir.

“İmarət” deyilən ümumu mətbəxlər yaradılır və burda ehtiyaclı insanlara yardımlar edilir. İmarətlərdə səyyahlar, yoxsullar, hətta mədrəsə tələbələri pulsuz qidalanırdılar. Üstəlik, yemək hamı üçün eyni idi.

1. İmarət mətbəxi ilin hər günü fasiləsiz işləyirdi.

2. Bayramlarda adi günlərdə verilən yeməklərlə yanaşı, ət, düyü, zərdə, zirbək kimi xüsusi yeməklər və şirniyyatlar da süfrəyə verilirdi.

3. Türk adət-ənənələri ilə qonaqlar üçün xüsusi yeməklər bişirilir və onların heyvanlarına veriləcək arpa, yulaf və s. üçün illik vəsait ayrılırdı.

4. Burada xəstələr üçün də ayrıca mətbəx olurdu. Onlar üçün həkimlərin təsdiq etdiyi pəhriz yeməkləri hazırlanırdı.

Sultanlar və vəzirlər məscid və bazarların yanında fəal şəkildə imarətlər tikdirirdilər.

Çətin müharibə və ya epidemiya dövründə bu mətbəxlər minlərlə insanı aclıqdan xilas edib.

Qarabağda, Ağdamda “İmarət” deyilən bir yer xanlıq qurulmazdan öncə də var idi.

"Barlı bağ” adlanan həmin məkan iki seyidə məxsus olub. Burada səyyahlar, işçilər, ümumiyyətlə, ehtiyaclı olan insanlar üçün meyvələr və yeməklər pulsuz verilirdi.

Qarabağ xanı Pənahəli xan Cavanşirin atası İbrahimxəlil ağa rəhmətə gedəndə onun dəfni üçün məxsusi olaraq bu yer seçilib. "Barlı bağ" olan bu gözəl yeri Pənahəli xan hər iki seyiddən satın alıb və deyib ki, burda yaşayın və istədiyiniz vaxt köçə bilərsiniz. Pənahəli xanın vəsiyyətinə görə, burada yerlər nə icarəyə verilə, nə də satıla bilərdi. Bağlardan toplanan meyvə də satışa çıxarılmır, Qarabağın kasıbları və din xadimlərinə ehsan kimi verilirdi.

Onun oğlu İbrahimxəlil xan vaxtında İmarət daş hasara alınır, burada günbəzlər tikilir, qəbir daşları və baş daşları yonulmuş daşlardan hazırlanır. Burada Pənahəli xanın öz əli ilə əkdiyi çinar ağaclarına da xüsusi qulluq edilirdi. Qeyd edim ki, 1789-cu ildən əkilən bu çinar ağacları işğala qədər qalmışdı və ağdamlıların yadında qalar, onlardan biri ildə bir dəfə yanar, sonra yenidən öz-özünü bərpa edərdi.

Qarabağın üçüncü xanı Mehdiqulu xan Cavanşir sonralar buranı abadlaşdırmış, ehsan üçün bağ saldırmış, onu hər tərəfdən daş hasara aldırmış və böyük buzxana düzəltdirmişdi. Elat zamanı, aran yerlərdə yaşayanlar hər il yayda biçin vaxtı və xəstələri üçün buradan buz aparardılar.

Bu yer sonra Xan ailəsinin bağı, sonra məzarılığı, sonra Qarabağ FK-nun stadionu və sonda Fred Asifin Haqq Cəhbəsinin yerləşdiyi İMARƏT olub.

Ağdamda olan “İmarət” Osmanlı sarayında olduğu kimi ehtiyaclı insanlar və hər kəs üçün bir yardım mərkəzi, qidalanma və ümid yeri idi. Ona görə Ağdamın “İmarət”ini bu cür tanımaq lazımdır, stadion və məzarlıq kimi yox.

Tarix
2025.09.03 / 15:07
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla