Yuxarı

Brejnevin vəliəhd Rza Pəhləviyə hədiyyəsi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Brejnevin vəliəhd Rza Pəhləviyə hədiyyəsi - Foto

SSRİ baş katibi Vladimir İliç Brejnevin İran şahının varisi, hazırda İrandakı hadisələrlə bağlı həddən artıq aktivlik nümayiş etdirən Rza Pəhləvi ilə fotosu yayılıb.

Kult.az xəbər verir ki, yadigar Sadıqlının təqdim etdiyi fotoda Məhəmməd Pəhləvi, həmçinin xanımı, əslən azərbaycanlı olsa da, farslaşmış Fərəh şahbanu da görünür.

Bildirilib ki, Leonid Brejnevin İrana səfəri 1963-cü ilin noyabrında baş tutub. Həmin vaxt o, SSRİ-də ikinci adam sayılırdı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri idi. Səfərdə onu rəsmi şəxslərdən əlavə arvadı Viktoriya müşayiət edirdi:

“Brejnevi Mehrabad hava limanında şah və arvadı, baş nazir Əsədulla Aləm və başqaları qarşıladılar. Tehrana çatanda 24 esfand meydanında paytaxt meri qonağa şəhərin simvolik qızıl açarını təqdim etdi. Brejnev və dəstəsinin qalması üçün Gülüstan sarayı ayrıldı.

Bir neçə gün çəkən səfər zamanı Brejnev şahın atası Rza Pəhləvinin, şairlərdən Sədi və Hafizin məzarlarını, Firdovsinin heykəlini ziyarət edir. SSRİ ilə mədəni əlaqələr cəmiyyətinin binasında olur. Burada onu cəmiyyətin sədri, Qacar nəslindən olan general Əsədullah Cahanbani salamlayır.

Bundan əlavə Brejnev Persepolis xarabalıqlarını ziyarət edir. İsfahanda bir sıra yerlərə, o cümlədən məşhur Şah məscidinə baş çəkir. Ənzəlidə (o zaman Pəhləvi adlanırdı), Kərəcdə, Şirazda da olur.

İranda Brejnevin səfərinin şərəfinə məhdud sayda, qonaqlara hədiyyə etmək üçün poçt markası buraxılır. Bu, Brejnevin əks olunduğu ilk poçt markaları idi”.

Tarix
2026.01.12 / 22:18
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

İranla quru sərhədin açılması mümkündür? – Deputat

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla