Yuxarı

Avropa ABŞ-sız ittifaq yarada bilər - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa ABŞ-sız ittifaq yarada bilər - NYT

II Dünya müharibəsindən sonra Sovet İttifaqını cilovlamaq və Avropada sülhü qorumaq üçün yaradılmış NATO hazırda böhran yaşayır və bəziləri onun ümumiyyətlə mövcudluğunu davam etdirə biləcəyini şübhə altına alır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Nəşr ABŞ-ın NATO yanında keçmiş səfiri İvo Daalderin sözlərini sitat gətirib:

“Yaxın Şərqdəki müharibə ABŞ-ın bu alyansa sadiqliyi ilə bağlı mövcud şübhələri daha da ön plana çıxarıb. Çətin təsəvvür etmək olar ki, hər hansı Avropa ölkəsi ABŞ-a etibar edib onun müdafiəyə gələcəyinə inansın. Ümid etmək olar. Amma buna güvənmək olmaz”.

NYT həmçinin vurğulayıb ki, Tramp xalqa müraciətində NATO-nu ümumiyyətlə qeyd etməyib və bu, müttəfiqlər arasında müəyyən rahatlıq yaradıb.

Lakin yüksək vəzifəli avropalı məmurlardan biri anonim şəkildə söyləyib ki, avropalıların əksəriyyəti artıq NATO-nun kollektiv müdafiə öhdəliyini nəzərdə tutan 5-ci maddəsinin real qüvvəyə malik olduğuna inanmır.

Həmin məmurun sözlərinə görə, ABŞ hazırda qlobal nizamsızlıq probleminin bir hissəsinə çevrilmiş kimi görünür. O bildirib ki, bu ölkə artıq problemin həlli və son instansiya zəmanətçisi rolunu oynamır.

Bildirilib ki, Trampın NATO bəyanatı avropalıları ABŞ-sız ittifaq yaratmağı düşünməyə vadar edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərini NATO-dan çıxmaqla hədələyib.

Tarix
2026.04.03 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla