Yuxarı

Qarabağdakı bu yol ödənişli oldu - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağdakı bu yol ödənişli oldu - Qərar

Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri aşağıdakı kimidir:

- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu;

- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

Ödənişli avtomobil yolunun texniki dərəcəsi – I c, hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4, hərəkət zolağının eni – 3,5 metr, yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr hissəsində – 2 metr, torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr, yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr, ayırıcı zolağın eni – 2 metrdir.

Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri aşağıdakı kimidir:

- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):

- uzunluğu – 101 kilometr;

- texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;

- hərəkət zolaqlarının sayı – 2;

- hərəkət zolağının eni – 3,5 metr;

- yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;

- torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;

- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.

Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq etməli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Tarix
2026.04.03 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla