Yuxarı

İranın minlərlə kamikadze dronu işlək vəziyyətdədir - CNN

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın minlərlə kamikadze dronu işlək vəziyyətdədir - CNN

ABŞ və İsrailin hücumlarına baxmayaraq, İranın raket buraxılışlarının təxminən yarısı və minlərlə dron hələ də işlək vəziyyətdədir.

Axar.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatına yaxın mənbələrə istinadla məlumat yayıb.

“Son kəşfiyyat qiymətləndirmələrinə əsasən, İranın raket buraxılış qurğularının təxminən yarısı salamat qalıb. Son 5 həftə ərzində ABŞ və İsrail tərəfindən hərbi hədəflərə gündəlik zərbələr endirilməsinə baxmayaraq, İranın arsenalında minlərlə kamikadze dron qalır”, - deyə telekanal bildirir.

Qeyd olunub ki, ABŞ kəşfiyyatının hesablamalarına hazırda əlçatmaz olan buraxılış qurğuları da daxil edilə bilər:

“Bunlara, məsələn, zərbələr nəticəsində torpaq altında qalan, lakin tam məhv edilməmiş sistemlər aiddir”.

Mənbələrin sözlərinə görə, ölkənin ümumi pilotsuz uçuş aparatı potensialının təxminən 50 faizini təşkil edən minlərlə dron hələ də mövcuddur:

“Son günlərdə toplanmış kəşfiyyat məlumatlarına əsasən, İranın sahil müdafiəsi üçün nəzərdə tutulmuş kruiz raketlərinin əksəriyyəti də salamat qalıb”.

CNN bildirib ki, bu raketlər İrana Hörmüz boğazı ərazisində gəmiçiliyi təhdid etmək imkanı verir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatın başlanğıcından bəri ABŞ-İsrail zərbələri nəticəsində İranın raket və pilotsuz uçuş aparatlarının buraxılış imkanlarının “əhəmiyyətli dərəcədə azaldığını” bildirmişdi.

Tarix
2026.04.03 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla