Yuxarı

Bir neçə gün əvvəl toyu olan azərbaycanlı öldürüldü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir neçə gün əvvəl toyu olan azərbaycanlı öldürüldü - Video

2026.04.02, 22:58

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi hələlik məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq aparıldığını bildirib.

Qeyd edək ki, Ümid Bayramov bir neçə gün əvvəl ailə həyatı qurub və hadisənin toy mərasimində baş verən mübahisə ilə bağlı olduğu ehtimal edilir.

***

Aprelin 2-də Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu öldürməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkumluğu olan 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalar zamanı aydın olub ki, Marneulidə baş verən davada təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovun boğazına bıçaqla zərbə endirərək ərazidən uzaqlaşıb. Təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən şəxs qısa müddət sonra saxlanılıb. Gürcüstanda hadisə ilə bağlı cinayət işi açılıb, onu Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Ü.Bayramovun bir neçə gün əvvəl toyu olub.

Tarix
2026.04.03 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla